Bakının “İnter” klubu hücumçu problemini həll edib.
İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, “Xəzər Lənkəran”da özünü heç cür doğrultmayan Frank Nildo ilə münasibətlər rəsmiləşdirilib. “Bankirlər” Nildo ilə az öncə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, bir müddət öncə “İnter” Nildonu icarəyə götürmək üçün “Xəzər Lənkəran”a müraciət etsə də, tərəflər ortaq məxrəcə gələ bilməmişdilər.