Ölkə futbolu

Bakı klubunda daha bir ayrılıq

Transfer çalışmalarını davam etdirən “Səbail” daha bir futbolçusunu göndərir. Baş məşqçi Şahin Diniyev heyətdə özünü doğrultmayan oyunçuları komandada saxlamayacaq.

Artıq bir neçə futbolçu ilə rəsmi olaraq yollar ayrılıb. Bunlar Franko Mazurek, Luvaqa Kizito, Qustavo de Fransa və Qoba Zakpadır. Adı çəkilən oyunçularla yanaşı, Ruslan Hacıyev və Elmir Tağıyevlə də yolların ayrılacağı xəbərini vermişdik.

“Dənizçilər”i tərk edəcək daha bir futbolçunun adı bəlli olub. İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Ədilxan Qaraəhmədov da növbəti mövsümdən “Səbail”də çıxış etməyəcək.

21 yaşlı futbolçu baş məşqçi Şahin Diniyevin planlarına daxil deyil. Klubun futbolçu ilə yolların ayrıldığını yaxın vaxtda rəsmən açıqlaması gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43