“Səbail”dən ayrılan Adil Nağıyev iki klubun maraq dairəsindədi.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli müdafiəçi “Kəpəz” və “Araz Naçıvan”ın “radar”ına düşüb. Naxçıvan təmsilçisi “Kəpəz”dən Elçin Əlicanov transferini alındıra bilməsə, Adil Nağıyev variantı üzərində qalacaq.
“Kəpəz”də də vəziyyət aşağı-yuxarı belədi. Gəncə klubu Elçin Əlicanovu komandada saxlaya bilməsə, Adil Nağıyevi rənglərinə bağlayacaq.
Qeyd edək ki, ötən gecə Nağıyev öz sosial platformasından “Səbail”dən ayrıldığını açıqlayıb.