16 Sentyabr 2024
Ölkə futbolu Premyer Liqa

Bakı klubundan gələn təklifə “hə” dedi, “Turan Tovuz”dan ayrıldı

Transfer çalışmalarını davam etdirən “Səbail” heyətini daha bir yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az-a daxil olan məlumata görə, paytaxt klubu bir müddətdi “Turan Tovuz”dan danışıq apardığı Fərid Nəbiyevlə razılaşa bilib.

Təcrübəli yarımmüdafiəçi Bayıl təmsilçisinə keçməyə razılaşıb. Tərəflər arasında 1 illik müqavilə imzalanıb. Futbolçu 2025-ci ilin may ayına kimi “Səbail”in uğurları üçün çalışacaq.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43