“Dekabrın sonlarında AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyevlə görüşdük. Çox səmərəli və xoş görüş oldu. Düzdü, təfərrüatlar barəsində hələ ki, heç nə deyə bilməyəcəm. Lakin bu görüşlərdən sonra böyük ümid edirik ki, hər şey klubumuza, ölkə futboluna böyük təsiri olacaq”.
Bu sözləri İdmanxeber.az-a açıqlamasında “Şəfa” klubunu himayəyə götürən “My Group” holdinqin vitse-prezidenti Kənan Sadıqlı deyib.
Sadıqlı klubun qışa kimi olan nəticələrinə də toxunub:
“Təbii ki, hazırkı nəticələrimiz mövsümün ilk yarısı üçün pis deyil. Daha da iddialı heyət qurmağı düşünürük. Hazırda məqsədimiz I liqaya vəsiqə qazanmaq, daha sonra isə Pemyer Liqada oynamaq istəyirik.
Hədəfimiz çempionluqdu. Biz şirkət olaraq klubumuzun yanındayıq və mövsümün ikinci yarısında da lazım olan qədər “Şəfa”ya dəstək olacağıq”.
Kənan bəy uşaq futboluna önəm verəcəklərini də sözlərinə əlavə edib:
“Məqsədimiz ölkə futboluna öz töhvəmizi verməkdi. Bu səbəbdən də uşaq futboluna xüsusi diqqət ayırmışıq. Gələcəkdə də bu yöndə olan işlərimizi daha da sürətləndirəcəyik”.