Kateqoriyasız

“Bakı mənim təhlükəsizliyimə zəmanət verə bilməz” – “Kayrat”ın erməni futbolçusu

“Bakı mənim təhlükəsizliyimə zəmanət verə bilməz. Onsuz da ora getmək istəyim yox idi. Amma getməyə və oynamağa hazır idim”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Kayrat”ın erməni yarımmüdafiəçisi Kamo Oqanesyan Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”la qarşılaşacaqları oyundan öncə deyib.

Bakıya səfər etməyəcəyindən danışan futbolçu “Kayrat”ın qələbə qazanacağına inanır:

“Kayrat”a yalnız qələbə arzulayıram. Mənsiz də istənilən rəqibi məğlub edə bilərlər. Yaxşı komandamız var”.

Xatırladaq ki, “Qarabağ” Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda oktyabrın 21-i “Kayrat”ı qəbul edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43