17 Sentyabr 2024
Ölkə futbolu

Bakı metrosu “Qarabağ”a görə gücləndirilmiş rejimdə işləyəcək

UEFA Çempionlar Liqası turnirinin II təsnifat mərhələsində “Qarabağ”ın bu gün Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da başlanacaq oyunu ilə əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək.

İdmanxeber.az xəbər verir ki, görüşə tamaşaçı marağı nəzərə alınaraq, metropolitendə sərnişinlərin təhlükəsiz və rahat daşınması üçün bir sıra tədbirlər görüləcək.

“Bakı Metropoloiteni” QSC-nin kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq bu arenanın yaxınlığında yerləşən “Gənclik” stansiyası qarşılaşma ərəfəsində gücləndirilmiş iş rejimi şəraitində çalışacaq.

Plana uyğun qaydada nəzarət mexanizmləri gücləndiriləcək və növbətçilik cədvəli əsasında stansiyada sərnişinlərin yönləndirilməsi, səmti daha rahat müəyyən etməsi məqsədilə əlavə işçi qüvvəsi ayrılacaq.

Ehtiyat tədbirlər “Nərimanov” və “28 May” stansiyalarında da görüləcək.

Gün ərzində qatarlar yay qrafikinin iş günləri cədvəlinə uyğun hərəkət edəcək. Zərurət yaranacağı təqdirdə ehtiyat qatarlar xəttə buraxılacaq.

Həmçinin oyundan sonra qatarların hərəkətinin məhz bu stansiyanın iş rejimi nəzərə alınmaqla xüsusi qaydada təşkili də nəzərdə saxlanılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43