"Neftçi" – "Bakı" matçının baş hakimi Əliyar Ağayevin idarə etdiyi oyunu qonaqlar qeyri-qənaətbəxş sayır.
İdmanxeber.com-un məlumatına görə, paytaxt klubunun vitse-prezidenti Yaşar Seyidov dünənki oyunun hakimliyi ilə bağlı etiraz edəcəklərini bildirib:
"Biz Əliyar Ağayevin idarə etdiyi oyundan narazıyıq. Çünki bir epizodda top Mahir Şükürovun əlinə dəymişdi. Lakin hakim həmin epizoda göz yumdu. Bundan başqa da epizodlar var. AFFA və PFL-ə şikayət ünvanalayacağıq".