05 Fevral 2025
Kateqoriyasız

Bakı Olimpiya Stadionununda daha iki oyun

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Bakıda Macarıstanın müvafiq yaş qrupuna aid komandası ilə 2 yoldaşlıq oyunu keçirəcək.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, komandalar fevralın 23-də saat 18:00-da, fevralın 25-də isə saat 11:00-da qarşılaşacaq. Hər iki oyun Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında təşkil olunacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43