Öncədən də xəbər verdiyimiz kimi bir neçə futbolçu “Bakı”nı tərk edərək başqa klublarla müqavilə bağlamaq niyyətindədilər.
İdmanxeber.com-un məlumatına görə, paytaxt klubundan “qaçan” futbolçuların sayını tam dəqiq bilməsək də, onların pul sarıdan çəkdiyi problemin səbəbindən başqa klublara üz tutması gözlənilən idi.
Bir neçə gün bundan öncə Vüqar Mustafayevin “Bakı”dan ayrılaraq “Simurq”la müqavilə bağlayacağı haqda sizə xəbər vermişdik. Maliyyə problemlərini paytaxt klubu tam həll etməsə də, ən azındna çempionatda çıxış edəcəyini bizim sayt vasitəsi ilə bəyan edib. Klubun icraçı direktoru Yaşar Seyidov idmanxeber.com-a açıqlamasında düşərgəni tərk edən futbolçulara və onları heyətinə qatmağa can atan komandalara səslənib:
“Düzdü bir neçə futbolçu düşərgəmizi tərk edib. Lakin bizim onlarla müqaviləmiz var. Onları heyətində görmək istəyən komandalar bizə kompensasiya ödəməlidi. Əks təqdirdə əlimizdə FİFA sənədləri var, şikayət edəcəyik”.