Kateqoriyasız

“Bakı” “Qəbələ” ilə oyuna hazırdı

Sabah “Bakı” Azərbaycan Topaz Premyer Liqanın 26-cı turunda “Qəbələ” ilə qarşılaşacaq.

İdmanxeber.com-un klubun saytına istinadən verdiyi məlumata görə, bu gün komanda oyunöncəsi son məşqini keçirib.

Saat 11:00-da başlayan hazırlığa yüngül qaçışla start verilib. Ardından 4 qrupa bölünən futbolçular fərqli isinmə hərəkətlərini icra edib. Vacib qarşılaşma öncəsi kollektivdə əhval-ruhiyyəni yüksəldən baş məşqçi Milinko Pantiç oyunçularına topla ortadaqaldı oynamaq tapşırığı da verib. Daha sonra “kvadrat” və qısa məsafələrə sürətli qaçış təmrinini icra edən “zolaqlılar” sonda ikitərəfli oyunda sınanıb. Rəmzi olaraq “göylər” və “yaşıllar”ın mübarizəsində birincilər (4:0) üstün olub.

Onu da qeyd edək ki, yüngül zədəsi olan Vadim Abdullayev fizioterapevt Radişa Milosavlieviçin rəhbərliyi altında fərdi proqram əsasında çalışıb. Əvəzində uzun müddətdi zədədən əziyyət çəkən Şəhriyar Əliyev kollektiv məşqlərə qoşulub. İcazəli olan Elvin Əliyevdən savayı, qabırqasında çat əmələ gələn Əfran İsmayılov hazırlığa qatılmayıb. İsmayılov 3 həftə yaşıl meydanlardan kənar qalacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43