21 Sentyabr 2024
Dünya futbolu Ölkə futbolu

Bakı səfəri öncəsi “Makkabi”dən üz döndərdilər

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində İsrailin “Makkabi” klubu Bakıda “Sabah”ın qonağı olacaq.

İlk matçda səfərdə inamlı qələbə qazanan “Sabah”ın bu qalibiyyəti İsrail idman mediasının Hayfa klubuna olan inamını sarsıdıb. 0:3 hesablı yenilginin ardından sözügedən ölkənin mediası Bakıdakı matça gəlməmək qərarı verib.

“Sabah” klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov İdmanxeber.az-a bildirib ki, İsrail mediasından heç kim bu matç üçün akkreditasiyadan keçməyib.

Qeyd edək ki, iyulun 1-də “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Makkabi” matçı saat 20:00-da başlayacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43