08 Sentyabr 2024
Kateqoriyasız

“Bakı” “Styaua”nı məğlub etdi – YENİLƏNİB

Təlim-məşq toplantısını İspaniyada davam etdirən "Bakı" bu gün növbəti yoxlama oyununa çıxacaq.

Pantiçin rəhbərlik etdiyi komanda bu dəfə daha güclü rəqib – "Styaua" qarşısına çıxacaq. Bundan öncə Ukraynanın "Dnepr" klubu ilə qarşılaşan və qolsuz bərabərliyə imza atan "zolaqlılar", ikinci çətin sınağından da başıaşağı ayrılmaq niyyətində deyil.

Qeyd edək ki, “Bakı” bundan öncə Albaniyanın “Laçi” (4:0), İspaniyanın “Real Balompedika Linense” (0:1) və Ukraynanın “Dnepr” (0:0) klubları ilə yoxlama oyunları keçirib.  

22:00 “Bakı” – “Styaua” (Rumıniya) 2:0

Qol: Şoliç, 17, Abdullayev, 48

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43