08 Sentyabr 2024
İdman

Bakıda badminton turniri keçirilir

Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Bakıda keçirilən “Azerbaijan International 2024” turnirində 1/8 finala yüksəlib.

İdmanxeber.az məlumat verir ki, Edi ilk görüşdə Finlandiya təmsilçisi Yoakim Oldorffu məğlub edib – 2:1.

Azərbaycan təmsilçisi 1/8 finalda hindistanlı Qovind Krişna ilə üz-üzə gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43