“Çukariçki”nin baş məşqçisi Vladan Miloyeviç Avropa Liqasının II təsnifat mərhələsində “Qəbələ”yə qalib gəldikləri oyundan (1:0) sonra jurnalistlərin suallarını cavablandırıb.
İdmanxeber.com-un məlumatına görə, Təcrübəli mütəxəssis Bakıdakı görüşdə fərqli “Qəbələ” gözlədiklərini bildirib:
“Məqsədimiz qələbə qazanmaq idi ki, buna da nail olduq. Rəqibdən üstün oynadıq və daaha çox qol vurmalı olduğumuzu düşünürəm”.
Azərbaycanda keçiriləcək cavab matçı çətin olacaq. Bakıda fərqli “Qəbələ” gözləyirik. Şanslar hələ də bərabərdir. Cavab matçında da sərfəli nəticə qazanaraq mərhələ adlamaq istəyirik. Bunun üçün cavab görüşündə daha yaxşı oynamalıyıq”.
Qeyd edək ki, bu komandalar arasında cavab matçı iyulun 23-də sonra Bakıda keçiriləcək.