16 Sentyabr 2024
Ölkə futbolu

“Bakıda keçiriləcək matçda daha aqressiv olmalıyıq” – “Şerif”in futbolçusu

“Şerif”in yeni transferi Qideon Uçe Qudlad Avropa Liqasının I təsnifat mərhələsində evdə “Zirə”yə qarşı keçirdikləri ilk oyun barədə klubun rəsmi saytına açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə,  29 yaşlı hücumameyilli yarımmüdafiəçi cavab görüşünə daha yaxşı hazırlaşdıqlarını bildirib:

“Şerif”in “Zirə” ilə ilk oyununu izləmişəm. Məğlub olmağımız bizi məyus etdi. Səhvlərimizi birlikdə müzakirə etdik. Komandada yeni transferlər var. Hazırda bəzi futbolçular bir-biri ilə anlaşma cəhətdən problem yaşayırlar. Düzdür, vaxtımız yoxdur. Çalışırıq ki, uğurlu nəticə əldə edək. Bakıda keçiriləcək matçda daha aqressiv olmalıyıq. Cavab oyunu ilə bağlı müsbət düşünürük. “Zirə”yə qalib gələcəyimizə inanıram”.

İyulun 18-də “Dalğa Arena”da keçiriləcək “Zirə”-“Şerif” matçı saat 20:00-da başlayacaq. İlk oyunda Bakı klubu 1:0 hesablı qələbə qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43