“Qarabağ” futbol klubu ilə Türkiyənin “Qalatasaray” futbol klubları arasında yoldaşlıq görüşü keçiriləcək.
İdmanxeber.com musavat.com-a istinadənm xəbər verir ki, görüşün bu ayın sonunda keçirilməsi nəzərdə tutulub.
Klubların mart ayının 29-da Bakıda yoldaşlıq görüşü keçirməsi ilə bağlı klub rəhbərlikləri arasında danışıqların olduğu və razılığa gəlindiyi bildirilir.
Oyun Bakı Olimpiya Stadionunda baş tutacaq.
“Qarabağ” futbol klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov musavat.com-a açıqlamasında belə bir görüşün baş tutması ehtimalının olduğunu təsdiqlədi. Lakin klub rəsmisi görüşün keçirilməsi ilə bağlı dəqiq məlumatın hələ ki olmadığını söylədi.