05 Oktyabr 2022
Kateqoriyasız

“Bakıda mümkün qədər çox qol vurmalıyıq” – “İnter”in futbolçusu

Slovakiya millisinin üzvü Milan Şkrinyar yerli mətbuata açıqlamasında Avro-2020-nin seçmə mərhələsində sabah yığmamızla keçirəcəkləri oyun haqda danışıb.

İdmanxeber.az-ın məlumatına görə, Milan “İnter”inin müdafiəçisi Bakıda isti havadan ehtiyatlanır:

“Bakıya tez gəlməyimiz yaxşıdır, nəinki oyundan bir gün əvvəl. Belədə hava şəraitinə daha yaxşı uyğunlaşa bilərik. Hava çox isti olacaq. Buna baxmayaraq, uğur qazanacağımıza inanıram. İtaliya ilə Slovakiyanın iqlimi oxşardır. Hərdən isti, hərdənsə çox soyuq olur. Havadan asılı olmayaraq, Bakıda mümkün qədər çox qol vurmalıyıq”.

Qeyd edək ki, iyunun 11-də “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Slovakiya oyunu saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

Samir Abasov: “Elxan Məmmədovla Ramin Musayevin dediyini təsdiqləyənlərdən çəkinin”

admin

XXI turun oyunlarının vaxtı açıqlandı – Premyer Liqamızda

admin

Şahruddin Məhəmmədəliyev üzr istədi

admin