“Çox yorğun olduğum üçün çölə çıxmadım, Bakıda nə baş verdiyini görmədim. Gec idi, dərhal evə getdim. Amma bəzi videolar görmüşəm və baş verənlər məni cəlb etdi. Azarkeşlər xoşbəxt idilər, onlar buna layiqdirlər”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın qapıçısı Andrey Lunyov “Braqa” görüşü barədə danışarkən deyib. Təcrübəli qolkiper Rusiya yığmasından dəvət gözlədiyini də bildirib:
“Millidən zəng var idi, amma hələ dəvət yoxdur. Yığmanın qapıçılar üzrə məşqçisi Vitali Kafanov əlaqə saxlayaraq, Avropa Liqasındakı uğurlu çıxışa görə təbrik etdi. Mən təkcə çağırılmaq yox, oynamaq istəyirəm. Təbii ki, dəvət gözləyirəm”.