22 Sentyabr 2024
İdman

Bakıda “Qalatasaray” və “Fənəbağça” azarkeşləri arasında əlbəyaxa dava – Saxlanılanlar var

Bakının Əhmədli qəsəbəsində kütləvi dava baş verib.

Hadisə şahidlərinin “Report”a verdiyi məlumata görə, davaya səbəb az əvvəl başa çatan “Fənərbağça” – “Qalatasaray” oyunu olub.

Hər iki klubun fanatları arasında oyun bitəndən sonra mübahisə yaranıb. Əlbəyaxa dava polisin müdaxiləsindən sonra dayanıb. Bir neçə şəxsin saxlandığı bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43