Bakının mərkəzində “Qalatasaray” və “Fənərbağça” azarkeşləri arasında qarşıdurma yaranıb.
ANS PRESS-in məlumatına görə, ötən gün “Qalatasaray” – “Fənərbağça” matçının başlanmasına bir neçə saat qalmış azarkeşlər “Torqovı”da yürüş keçiriblər. Bu zaman iki komandanın azarkeşləri arasında qarşıdurma yaranıb. Polisin olaya müdaxilə etməsindən sonra ara sakitləşib. Xəsarət alanların olmadığı bildirilir.
İstanbul derbisində “Qalatasaray” 10-cu dəqiqədə Uesli Sneyderin vurduğu qolla “Fənərbaxça”nı 1:0 hesabı ilə məğlub edib. Gəırgin keçən oyunda hakim futbolçulara iki qırmızı vərə göstərib.