27 Dekabr 2024
Kateqoriyasız

“Bakı”da toplanış: nələr müzakirə olundu?

Bir neçə gün öncə “Bakı” klubunun prezidenti Hafiz Məmmədovun klub rəhbərliyi ilə iclas keçirib.

İdmanxeber.com-un məlumatına görə, klub prezidenti Hafiz Məmmədov və vitse-prezidenti Yaşar Seyidov arasında baş tutan görüşdə ilk olaraq baş məşqçi Milinko Pantiçin komandadakı taleyinə aydınlıq gəlib və onunla növbəti mövsümdə yola davam edilmə qərarı verilib.

Digər bir məsələ, növbəti mövsüm çempionatın gec başladığına görə komanda iyunun 25-i yox, 27-də klub prezidentinin rəhbərliyi altında bir araya gələcək. Növbəti qərar isə komandanın strategiyasını dəyişməsi ilə bağlıdır. Yəni “Bakı” kıubu növbəti mövsüm əsas üstünlüyü öz akademiyasından yetişən futbolçulara verəcək, artıq bununla bağlı seleksiya xarakterli məşq də keçirilib. Yəni, “Bakı” klubu indidən sonra əsas heyətdə gənc futbolçulara yer verəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43