25 Oktyabr 2024
Ölkə futbolu

Bakıda UEFA-nın C kateqoriyalı məşqçi kursunun I modulu keçirildi

AFFA-nın inzibati binasında UEFA-nın C kateqoriyalı məşqçi kursunun I modulu keçirilib.

İdmanxeber.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, dörd gün çəkən məşğələlərə təlimatçılar İlham Əzizzadə, Xanlar Əliyev və Dəyanət Əliyev rəhbərlik ediblər.

Kursun ikinci mərhələsi noyabrın 4-dən 7-dək, üçüncü mərhələsi dekabrın 3-dən 6-dək, dördüncü mərhələsi isə dekabrın 16-dan 23-dək olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43