Xəbər verdiyimiz kimi "Bakı"nın futbolçuları bu gün "Qəbələ" ilə oyuna getməkdən imtina etmişdilər.
İdmanxeber.com-un məlumatına görə, dünən komandanın yerli futbolçularına rəhbərlikdən ciddi tapşırıq gəlib. Belə ki, artıq yerli futbolçuların hamısı sözügedən oyun üçün "Qəbələ" səfərinə yollanıblar.
Legionerlər isə paytaxtda qalaraq, sözlərinə əməl ediblər.