30 Sentyabr 2024
Kateqoriyasız

“Bakı”da vacib iclas

Bu gün “Bakı” futbol klubunun icraçı direktoru Yaşar Seyidov, mətbuat xidmətinin rəhbəri İsgəndər İsgəndərov eləcə də akademiyaya məsul məşqçilər Məqsəd Yaqubəliyev və Novruz Əzimovun rəhbərliyi ilə məşqçi və inzibati heyətin iştirakı ilə klubun 2015/16-cı il futbol mövsümünə hazırlığı ilə bağlı iclas keçirilib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, iclasın gündəliyində qarşıdakı mövsümdə “Bakı”nın birinci divizyonda çıxışı, müxtəlif yaş qrupları üzrə komandaların AFFA tərəfindən keçirilən çempionatlara hazırlanması, o cümlədən yeni mövsümdən “Atletiko” və “Lans”la birgə əməkdaşlıq sayəsində yeni layihələr müzakirə edilib.

İclasın yekunu olaraq sabah mətbuat nümayəndələri üçün brifinq keçirilməsi qərara alınıb. Brifinqdə həm yeni mövsümlə bağlı məsələlər həm də maddi problemlərə görə klubun fəaliyyətini dayandıracağı ilə bağlı bəzi mətbuat orqanlarında yayılan əsassız xəbərlərə münasibət bildiriləcək. 

Sabah saat 12:00-da klubun bazasında təşkil ediləcək brifinqə bütün mətbuat nümayəndələri dəvət edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43