“Monako”nun futbolçusu Stefan Əl-Şaaravi paytaxtımızla bağlı fikirlərini klubun rəsmi saytına bölüşüb.
İdmanxeber.com-un məlumatına görə, italiyalı hücumçu “Qarabağ”la oyunda da qol vurmaq istədiyini bildirib:
“Ötən ay İtaliya yığmasının heyətində Bakıda oynamışam. Bu şəhərlə bağlı yaxşı xatirələrim var. Çünki yığmanında heyətində Bakıda qol vurmuşdum. Ümid edirəm ki, sabah “Qarabağ”la görüşdə də bunu bacaram”.
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Monako” oyunu saat 20:00-da başlayacaq.