28 Noyabr 2022
Kateqoriyasız

“Bakıdakı hesabı qorumağa gəlməmişik” – “Neftçi”nin baş məşqçisi

lk oyunda qələbə qazandıq. Buraya da bunun üçün gəlmişik. Bizi çətin qarşılaşmanın gözlədiyini bilirik. Rəqib bu oyuna daha yaxşı hazırlaşacaq. Çünki evdə oynayırlar”.

İdmanxeber.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Avstriyanın “Rapid” komandasına qarşı UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

46 yaşlı mütəxəssis matça hazır olduqlarını deyib:

“Rapid” ciddi rəqibdir. Səfərə Bakıdakı hesabı qorumağa gəlməmişik. Rəqibə hörmət edirik, amma qələbə qazanmaq niyyətindəyik”.

Bizim kifayət qədər gücümüz var. Yalnız qələbəyə köklənmişik. Bakıya pozitiv nəticə ilə qayıtmaq istəyirik. Bunun üçün də vuruşmalıyıq. Futbolçulara da bu mesajı vermişəm. Rəqibin gücünə də bələdik. Hücum xəttində çox güclü futbolçuları var. Onlara boşluq verməməliyik. Qol buraxsaq, mübarizə aparmalı və hesabı bərabərləşdirməliyik. Əminəm ki, komandam bu matçda fiziki cəhətdən hazırlıqlı olacaq”.

Regekampf rəqibin zəif tərəflərini bildiklərini əlavə edib:

“Hər mütəxəssis qarşısındakı komandanı analiz edir. Bu da normaldır. Futbolçulara onların zəif nöqtələrini göstərməyə çalışmışıq. Ancaq günün sonunda biz də futbolçulardan asılı qalırıq. Sabah meydanda öz işlərini görməlidirlər.

Sizə hər cür söz verə bilərəm. Sabahkı oyunu gözləyək. Biz güclü rəqibə qarşı oynayacağıq. “Rapid” Avstriyanın güclü klublarından biridir. Onlar da də növbəti mərhələ üçün əllərindən gələni edəcəklər”.

Sabah oynanılacaq matç Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. İlk qarşılaşmada “Neftçi” 2:1 hesabı ilə qalib gəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Sabah” xal üzünə həsrətdi, “Qəbələ”dən qələbə

admin

“Səbail” topdaşıyanlara görə cərimələndi

admin

“Barselona”nın oyununda növbəti rekord

admin