Futbol üzrə Azərbaycna I divizionunda 7-ci turun oyunları keçirilir.
İdmanxeber.com-un məlumatına görə, hazırda davam edən “Bakı” – “Şahdağ” oyunu “CBC Sport” kanalı ilə canlı yayımlanmalı idi. Lakin “CBC Sport” bu matçı yayımlamaqdan imtina edib. “Zolaqlılar” hətta bazanın təbi ot örtüklü əsas meydançasını da tam hazır vəziyyətə gətirmiş, reklam lövhələrini quraşdırmışdılar. Ancaq kanal tərəfindən aldadıldığını görən bakılılar məcburən qusarlılarla oyunu suni örtüklü meydançada oynayır.