UEFA Çempionlar Liqasının pley-off mərhələsində iki oyunun nəticəsinə əsasən “Qarabağ”ı mübarizədən kənarlaşdıran Xorvatiyanın “Dinamo” kollektivi turnirin Liqa yolunda ağır məğlubiyyətlə üzləşib.
İdmanxeber.az-ın məlumatına görə, Zaqreb təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin ilk turunda səfərdə Almaniya “Bavariya”sı ilə üz-üzə gəlib. Bu matçlarda qapılara 11 qol vurulub. Bundesliqa təmsilçisi xorvatları Münhenə gəlməyə peşman edib – 9:2.