Topaz Premyer Liqasının 4-cü turunun son oyununda “Bakı” səfərdə “Qarabağ”la qarşılaşdı. Ölkə çempionuna qarşı inamlı oyunu ilə diqqət çəkən paytaxt klubu 2:2 hesablı heç-heçəyə nail olaraq mövsümdə ilk xalı aktivinə yazdı.
İdmanxeber.com-un məlumatına görə, “Bakı” klubunun baş məşqçisi İbrahim Uzunca oyundan sonra bu fikirləri söyləyib:
“Hər həftə bir qədər daha yaxşı oynamağa çalışırıq. Mən futbolçularımın alnından öpürəm. Bu gün bir xal qazanmadıq, 2 xal itirdik. Çox yaxşı mübarizə apardıq, komandamı təbrik edirəm. Qazanılan xalı rəhbərliyə həsr edirəm. “Qarabağ”a isə növbəti Avroliqa oyunlarında uğurlar arzu edirəm. Yolları açıq olsun”.