“Bakı” klubunu daha bir futbolçu tərk edib.
İdmanxeber.com-un məlumatına görə, maddi sıxıntılar içərisində var-gəl edən “zolaqlılar”ın gənc futbolçusu Vüqar Mustafayev bundan sonra karyerasını “Simurq”da davam etdirəcək.
Əslən Zaqataladan olan futbolçu öz şəhərinin komandası ilə 3 illik müqavilə imzalayacaq. Məsələ bu gün rəsmiləşəcək və klub tərəfindən ictimaiyyata açıqlanacaq.