Ölkə futbolu

“Bakı”nın dağılmasını göstərən növbəti fakt: “Simurq” paytaxt klubunun futbolçusunu heyətinə qatdı – ÖZƏL

“Bakı” klubunu daha bir futbolçu tərk edib.

İdmanxeber.com-un məlumatına görə, maddi sıxıntılar içərisində var-gəl edən “zolaqlılar”ın gənc futbolçusu Vüqar Mustafayev bundan sonra karyerasını “Simurq”da davam etdirəcək.

Əslən Zaqataladan olan futbolçu öz şəhərinin komandası ilə 3 illik müqavilə imzalayacaq. Məsələ bu gün rəsmiləşəcək və klub tərəfindən ictimaiyyata açıqlanacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43