“Bakı” Futbol Klubu Madrid “Atletiko”su ilə yanaşı, “Lans”la da işbirliyini davam etdirir.
Klubun saytına istinadən yaydığımız xəbərə görə, bir müddət əvvəl 5 yeniyetmə futbolçusunu təlim-tədris üçün “Atletiko”nun futbol akademiyasına yollayan “Bakı”nın U-15 komandası da Fransaya çatıb.
Dünən kollektiv üzvləri “Lans”ın bazası ilə tanış olublar. Həmçinin onlar Fransada qeyd edilən “Armistice” bayramına qatılıblar. Axşam saatlarında “Lans”ın “La Qaillette” bazasında məşq edən “Bakı”nın yetirmələri sabah yoxlama görüşü keçirəcək. Futbolçulara “sarı-qırmızılar”ın Uşaq Futbol Akademiyasının məşqçisi Arsene Herve rəhbərlik edir.
Qeyd edək ki, “Bakı”nın daha 3 yoxlama matçında meydana çıxması gözlənilir.