Azərbaycan Premyer Liqasının 5-ci turunda “Sumqayıt”la qarşılaşacaq “Bakı” oyun öncəsi məşqini keçirib.
İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, saat 17:00-da başlayan hazırlığa yüngül qaçışla start verilib. Ardından futbolçular isinmə hərəkətlərini icra edib. Vacib qarşılaşma öncəsi kollektivdə əhval-ruhiyyəni yüksəldən baş məşqçi İbrahim Uzunca futbolçularına əsasən topla oynamaq tapşırığı da verib.
Qeyd edək ki, “Bakı” – “Sumqayıt” matçı sentyabrın 14-ü, saat 17:00-da başlayacaq.
Xatırladaq ki, dünən və bu gün “Bakı”nın futbolçularının maaşlarını almaması səbəbindən məşqə və “Sumqayıt”la matça çıxmayacaqları haqda xəbərlər yayılıb.