19 Fevral 2025
Kateqoriyasız

“Bakı”nın futbolçusu özünə yeni klub tapdı

“Bakı”nın rumıniyalı hücumçusu Marius Pena paytaxt təmsilçisi ilə yollarını tam ayırıb.

İdmanxeber.com-un məlumatına görə, Pena özünə yeni klub da tapıb. O, bundan sonra Rumıniya çempionatında çıxış edəcək. Futbolçj “Konkordiya Çayna” klubu ilə anlaşıb. “Bakı”nın sabiq forvardı bu klubla iki illik müqavilə imzalayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43