07 Oktyabr 2024
İdman

Bakının havası “Roma”nın baş məşqçisinə düşmədi – VİDEO

“Qarabağ” – “Roma” oyunundan sonra qonaqların baş məşqçisi  Eysebio Di Françesko axsayarkən diqqət çəkib.

İdmanxeber.com-un məlumatına görə, o, sağ dizində ağrılar hiss edib. İtaliya mətbuatına yer alan xəbərə görə,  Di Françeskonun dizində uzun müddətdir ki, ağrılar var. O, bəzən ağrılar hiss edəndə dizinə buz bağlayır. 

Dünənki yağışlı və soyuq havadan sonra dizində ağrılar hiss edən çalışdırıcı bu üsuldan istifadə etməli olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43