Müsahibə

“Bakı”nın kapitanı: “Yusifi quyudan çıxardan Allah bizi də bu bəladan qurtaracaq” – MÜSAHİBƏ

"Bakı"nın qapıçısı Aqil Məmmədov "Qarabağ"la oyundan sonra idmanxeber.com-a müsahibə verib.

– Aqil, ilk olaraq oyunla bağlı düşüncələrini bilmək istəyərdim.

Oyun yaxşı keçdi. İlk dəqiqələrdən "Qarabağ" sıxdı bizi. Ancaq sonda elə oldu ki, qələbə də qazana bilərdik. Sizə deyim ki, biz 2 xal itirdik, 1 xal qazanmadıq. Biz qələbəyə layiq oynadıq.

– Bir neçə qol imkanlarınız oldu ki, yararlana bilmədiniz. Bunu futbolçularınızın təcrübəsizliyinə bağlamaq olar?

Bəli, elədi. Özünüz də gördünüz ki, Muarem Muarem meydana çıxan kimi ele bir epizodda fərqləndi ki, bunda da təcrübə öz sözünü dedi. Bir epizodları düşür, vururlar. 

– Hakimliklə bağlı nə deyərdin? İki epizod oldu ki, birində Vüqara qırmızı göstərilməli idi birbaşa hakim güzəştə getdi. Digərində isə Reynaldo ikinci sarını ala bilərdi, hakim bunu etmədi.

Hakimliklə bağlı istəmirəm çox danışım. İstər-istəməz "Qarabağ" Avroliqada oynayır, bugünkü büdcəsi də bizdən çoxdu… Bu amilləri nəzərə alanda hakimlər istər-istəməz "Qarabağ"a az da olsa simpatiya bəsləyirlər. Vüqara qırmızı vermilməli idi, amma hakim vermədi. Hətta bir epizodda top əlinə dəydi, amma yenə hakim güzəştə getdi. Mən bütün hakimlərə demişəm ki, nə bizə kömək etməyin, nə də haqqımızı yeməyin.

– Bu heç-heçə "Bakı"ya təkan verə bilərmi?

Əlbəttə. Biz bundan sonrakı matçların hamısına bu formada çıxacağıq. Yenə deyirəm bugün burada 2 xal qoyub gedirik. Kimsə dmeəsin ki, "Qarabağ" yorğun idi və ya başqa şey. "Qarabağ" Avropa komandasıdı. "Bakı" çox gözəl oyun göstərdi. 

– Səncə, bu heyətlə çempionatın sonuna kimi davam gətirmək olar?

Sabah nə olacaq heç kim bilmir. Bir də gördünüz ki, qışda transferlər oldu və komanda iddialı vəziyyətə gəldi. Heç Allah da dözməz ki, bəndəsi bu qədər sıxıntıda olsun. Yusifi quyudan çıxardan Allah bizi də bu bəladan qurtaracaq.

– Ümumilikdə "Qarabağ" ilk hissədə sizdən daha yaxşı oynadı. Yəni onların xeyli imkanı olsa da istifadə edə bilmədilər. Buna görə 1 xal qazandığınızı demək olmazmı?

Düzdü, ilk hissədə onlar daha yaxşı oynadılar. Bu da futbolçularımızın təcrübəsizliyindən irəli gəlirdi. Onlar fikirləşirdilər ki, "Qarabağ" Avroliqada oynayıb, imkan verməzlər… Ancaq gördülər yox, oynamaq olar.

Elsevər Əliyev


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43