Latviya millisinin baş məşqçisi Aleksandr Starkov istefaya göndərilib.
İdmanxeber.com-un məlumatına görə, qurumun İdarə Heyətinin bu gün keçirilən iclasında 62 yaşlı mütəxəssis tutduğu vəzifədən azad edilib.
Yığma martın 25-də yoxlama görüşündə Cəbəllütariq kimi “cırtdan” ölkəyə 0:1 hesablı məğlub olduğu üçün bu qərar verilib.
Qeyd edək ki, millimiz iyunun 9-u səfərdə Latviya ilə yoxlama oyunu keçirəcək.