İdman

“Bakı”nın sabiq baş məşqçisi qovuldu

Latviya millisinin baş məşqçisi Aleksandr Starkov istefaya göndərilib.

İdmanxeber.com-un məlumatına görə, qurumun İdarə Heyətinin bu gün keçirilən iclasında 62 yaşlı mütəxəssis tutduğu vəzifədən azad edilib.

Yığma  martın 25-də yoxlama görüşündə Cəbəllütariq kimi “cırtdan” ölkəyə 0:1 hesablı məğlub olduğu üçün bu qərar verilib.

Qeyd edək ki, millimiz iyunun 9-u səfərdə Latviya ilə yoxlama oyunu keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43