Ölkə futbolu

“Bakı”nın sabiq baş məşqçisi Yamaykada

Bir vaxtlar ölkəmizdə "Bakı" klubunu çalışdırmış almaniyalı baş məşqçi Vinfrid Şefer karyerasını Yamaykada davam etdirəcək.

İdmanxeber.com-un məlumatına görə, mütəxəssis bu ölkənin milli komandasını çalışdıracaq. Onunla 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Vinfrid 2010-2011-ci illərdə "Bakı"nın baş məşqçisi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43