“Sumqayıt”ın yeni baş məşqçisi Aleksey Baqa Azərbaycana gəlib.
İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, 41 yaşlı belaruslu mütəxəssisin təqdimat mərasimi sabah olacaq.
Klub rəhbərliyi ilə mətbuat konfransında iştirak edəcək Baqa jurnalistlərin suallarını cavablandıracaq.
Tədbir “Kapital Bank Arena”nın konfrans zalında təşkil olunacaq.