20 Sentyabr 2024
Dünya futbolu

Balotelli Braziliya klubu ilə danışıq aparır

İtaliya yığmasının sabiq hücumçusu Mario Balotelli karyerasını Braziliyada davam etdirmək niyyətindədir.

İdmanxeber.az-ın məlumatına görə, 33 yaşlı futbolçu “Korintians”a keçmək barədə danışıqlar aparır. Balotelli azad agentdir.

2023/24 mövsümündə Türkiyənin “Adana Dəmirspor” klubunda çıxış edən forvard 16 matçda 7 qol vurub, 1 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43