“Milan”ın hücumçusu Mario Balotelli İsrailin Fələstini bombardman etməsinə reaksiya verib.
İdmanxeber.com-un məlumatına görə, İtaliya millisinin forvardı öz şəxsi “tvitter” hesabında “Dəniz kənarında oynayan uşaqlara heç vaxt zərər dəyməməlidir” – statusunu paylaşıb.
Qeyd edək ki, İsrailin atdığı bomba nəticəsində dəniz sahilində oynayan 4 fələstinli uşaq şəhid olub.