“Adana Dəmirspor”un hücumçusu Mario Balotelli sabiq komanda yoldaşı Zlatan İbrahimoviçin tənqidlərinə cavab verib.
İdmanxeber.az-ın məlumatına görə, italiyalı futbolçu 2010-cu ildə “İnter”də qazandığı Çempionlar Liqası Kuboku ilə fotosunu yayımlayıb.
O, paylaşımda “Qəribədir ki, o, heç bir səbəb olmadan açıq şəkildə mənə hücum etdi. Onun Leauya üstünlük verməsi məni maraqlandırmır, bu normaldır. Amma o, axmaq bir şey deyib.
İbrahimoviç ilə oynamaq o qədər də asan deyildi. Çünki o, səni həmişə sancmağa çalışır. Mənim ondan güclü xarakterim var və ona görə də heç vaxt bundan əziyyət çəkməmişəm”.
İbrahimoviç daha əvvəl Balotellini tənqid edərək, 33 yaşlı italiyalının karyerası ərzində əldə etdiyi bütün fürsətləri qaçırdığını deyib.