05 Fevral 2025
Kateqoriyasız

“Bankirlər” heç-heçə oynadı

“İnter”in əvəzedici komandası təlim-məşq toplanışını davam etdirir.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün Rüstəm Əliyevin yetirmələri AZAL-ın əvəzedici heyətilə qarşılaşıb.

Oyundan öncə komandalar 20 Yanvar faciəsində həlak olmuş həmvətənlilərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Komandanın üzvləri meydana qollarında qara sarğı ilə çıxıblar.

“İnter Arena” stadionunda baş tutan oyun 4:0 hesabıyla “İnter”in xeyrinə başa çatıb. “İnter”in heyətində Ramil Mansurov (2), Yuri Fomenko və Süleyman Əhmədov fərqləniblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43