Hazırlıqlarını Bakıda davam etdirən “İnter” klubu “Sumqayıt”la oyun öncəsi itki ilə üzləşib.
İdmanxeber.com-a klubdan verilən məlumata görə, “bankirlər”in yeni transferi olan Əfran İsmayılov klubun bugünkü məşqində zədələnərək sıradan çıxıb. İsmayılovun ən az iki həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.