Bu gün və yaxın keçmişdə, hətta gələcəkdə də çox insanların maraqlanacağı idman növü olan futbolu daha da maraqlı edən bir neçə derbi var. Bu derbilərin kökləri əsasən mədəni, sosial və dini münaqişələrə dayanır.
Futbol termini olan derbi dedikdə iki şəhərin komandalarının bir-biri ilə qarşılaşlaşması nəzərdə tutulur. Lakin müasir futbolda bəzi komandalar eyni şəhərdən olmasa da, amma aralarındakı oyun derbi kateqoriyasına aid edilir. Dünyaya şöhrəti ilə ad salmış bəzi derbiləri xatırlayaq.
“Real" (Madrid) – “Barselona” – "EL Klasiko"
Məşhur “El Klasiko”: Biri İspaniyanın paytaxtının komandası, digəri isə illərdi müstəqilliyini əldə etmək üçün çalısan hələ də mübarizəsini davam etdirən Kataloniya xalqının gözbəbəyi. La liqadada ən çox çempion olmuş komandaların görüşü təkcə bir futbol matçı kimi dəyərləndirilmir. Bu oyunlara həm də heyətlərində olan ulduz futbolçuların özlərini göstərmələri üçün yaradılmış bir meydan kimi baxılır.
“Boka Xuniors” – “River Pleyt”
“Superklassiko” kimi adlanan derbi əslində Bueynos-Ayres şəhərinin iki komandasının əzəli düşmənçiliyindən başqa bir şey deyil. Kasıb məhəllələr tərəfindən qurulan “Boka” ilə zəngin zümrənin yaratdığı “River Pleyt”in mübarizəsinə həm də varlı təbəqə ilə kasıb təbəqənin mübarizəsi kimi də baxılır. Bu derbini xüsusi edən bir cəhət də azarkeşlərin tribuna şousu və bir biri ilə olan qarşıdurmalarıdır.
“Qalatasaray” – “Fənərbaxça”
İstanbul boğazının ayırdığı bu iki komanda arasında oynanılan oyunlar dünyanın ən önəmli derbiləri arasında göstərilməkdədir. Dünya futbolundakı çox derbilərdən fərqli olaraq “Cim-Bom” – “Fənər”oyunlarında siyasət, din və iqtisadi təbəqə ayırımı yoxdur. “Əbədi dostluq və əzəli rəqabət” devizi altında keçirilən qarşılaşmalarda qızğın mübarizənin bəzən də istənilməyən hadisələrin də tez- tez şahidi oluruq.
“Setlik” – “Qlazqo Reyncers”
Bu qarşılaşmaya tarixi Şotlandiya liqasının ən vacib iki komadasının mübarizəsi altında məzhəb savaşı desək yanılmarıq. Şotlandiyanın yerli xalqını yəni katolikləri təmsil edən “Seltik” və qarşı tərəfdə isə ingilislərə meyilli protestantların komandası “Qlazqo Renyners”. Bu əzəli qarşılaşma isə “Old Firm” adı ilə məşhurdur.
“Milan” – “İnter”
Milan şəhərinin bu iki komandası arasında olan əzəli rəqabətin kökü əvvəllər zümrələr arasındakı siyasi mübarizə olsa da, indiki dövrdə isə bunun heç önəmi qalmayıb.
“Roma” – “Latsio”
Dünya derbiləri arasında demək olar ki, bir-birinə ən çox müxalif olan iki komandanın mübarizəsidir. Paytaxt təmsilçilərinin heç bir matçı dəmək olar ki, qarşıdurmasız olmur. Bu mübarizə çox yerdə “Demokrat Roma” və “Faşist Latsio” müharibəsi kimi bilinir. “Latsio” klubunun original adındakı “S.S” hissəsi bezi ehtimallara görə faşizmə işarədir.
“Borussia Dortmund” – “Şalke 04”
Rur derbisi olaraq bilinən bu derbi iki komandanın da Rur hövzəsi yaxınlığındakı əraziləri təmsil etmələri ilə əlaqədardır. Şimali Reyn-Vestfaliya əyalətinin Dortmund şəhəri ilə Gelzenkirxen əyaləti arasındakı daima mübarizə şəraiti olur. İqtisadiyyatdakı və sənayedəki mübarizə futbola da təsirini göstərmişdi.
Əcəmi Əsədullayev