Müqavilə ilə “Mançester Yunayted”ə məxsus olan “Xetafe”nin hücumçusu Meyson Qrinvud “Barselona”nın futbolçusu ola bilər.
İdmanxeber.az-ın məlumatına görə, klub 22 yaşlı ingilis üçün “qırmızı şeytanlar”a 46 milyon avro təklif etməyə hazırlaşır. Bundan əlavə, “Barsa” forvardı komandaya qoşulmağa razı salmaq üçün ona 10 nömrəli formanı təqdim edəcək.
Qrinvud “Xetafe” ilə çıxdığı 15 oyunda 5 qol vurub və 4 məhsuldar ötürmə edib.
Futbolçunun transfer dəyəri 7,5 milyon avrodur. Onun “Mançester Yunayted”lə müqaviləsi 2024-cü ilin yayına qədərdir.