23 Oktyabr 2024
Kateqoriyasız

“Barsa”nın yeni istəyi – Fransa millisinin futbolçusu!

“Barselona” klubu müdafiə xəttini gücləndirməyə çalışır.

İdmanxeber.com-un məlumatına görə, bu barədə “Sport.es” saytı məlumat yayıb.

Katalanlar Fransa yığmasının müdafiəçisi Samuel Umtiti ilə maraqlanır. Mənbədə deyilir ki, “Lyon” klubunda çıxış edən futbolçu Avropa çempionatından sonra “Barselona”ya yola düşəcək.

Klublar arasında ilkin razılıq əldə olunub. “Lyon” ispanlardan ən azı 25 milyon avro tələb edirdi. Luis Enrike isə futbolçuya görə 30 milyonundan keçməyə hazırdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43