21 Sentyabr 2024
Dünya futbolu

“Barselona” əsas oyunçularından birini itirdi

“Barselona”nın oyunçusu Pedrinin bu mövsüm bir daha oynamayacağı gözlənilir.

İdmanxeber.az “Marca”ya istinadən xəbər verir ki, Kataloniya klubunun yarımmüdafiəçisi “Atletik”lə görüşdə zədələnib və uzun müddətlik sıradan çıxıb.

Futbolçuya sağ bud əzələsini zədələyib. Onun Avropa çempionatına qədər hazır olub-olmayacağı isə bəlli deyil.

Pedri 2020-ci ildən “Barselona”da çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 24 oyunda 2 qol vurub və 4 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43